Gürcüstan parlamentinin üçüncü oxunuşda qəbul etdiyi xarici agentlər haqqında qanun Tbilisinin NATO-ya üzv olmaq planlarına son qoya bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Nüsrət Qani xəbərdarlıq edib.

"Gürcüstanda baş verənlərin görüntüləri bizi şoka salır və biz Gürcüstanın dostları olaraq bütün tərəfləri sakit və təmkinli olmağa çağırırıq. Krallıq belə bir qanunun tətbiqinə qəti şəkildə qarşıdır", - Qani bildirib. 

"Qanun layihəsi və onu müşayiət edən etirazçıları qorxutmaq üçün təşkil edilmiş cəhdlər demokratik dəyərlərə uyğun gəlmir. Bu, NATO-ya üzv olmaq istəyən Gürcüstanın Avro-Atlantik istəklərinin alt-üst olması riskini yaranıb", - diplomat əlavə edib.

Qani qeyd edib ki, mayın 14-də o, Gürcüstan səfiri ilə vəziyyəti müzakirə edib və ona bildirib ki, London baş verənləri dərin narahatlıqla izləyir: "Gürcüstan hökumətini kursu dəyişməyə və bu qanun layihəsini geri götürməyə çağırıram".