Böyük Britaniya və ABŞ 11 Rusiya vətəndaşına qarşı kibercinayətkarlıq iddiası ilə sanksiya tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi (OFSI) və ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi hesabatlarda deyilir.

Belə ki, Londonun fikrincə, bu şəxslər Britaniya xəstəxanalarına və kritik infrastruktura, o cümlədən yerli hakimiyyət orqanlarına, şirkətlərə və məktəblərə kiberhücumların təşkilində iştirak ediblər. 

Qeyd edilir ki, sözügedən şəxslər kiber fəaliyyətlərə, yəni Birləşmiş Krallığın və digər ölkələrin bütövlüyünə, rifahına və təhlükəsizliyinə xələl gətirən və ya onu pozmaq məqsədi daşıyan kiber hücumları həyata keçirmək üçün məsuliyyət daşıyırlar. 

Britaniya hökumətinin məlumatına görə, sanksiyaya məruz qalan şəxslərin dünya üzrə qurbanlarından ən azı 180 milyon dollar, İngiltərədəki 149 qurbandan isə ən azı 27 milyon funt-sterlinq (33,7 milyon dollar) pul oğurlayıblar.

Bütün bu şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib və aşkar edilərsə, onların ölkədəki aktivləri dondurulacaq.