"Böyük Britaniya İsrailin baş naziri Benyamin Netanyahunun müstəqil Fələstin dövlətinin yaradılmasının yolverilməz olduğu mövqeyini bölüşmür". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps "Sky News"a müsahibəsində bildirib.

"Biz Yaxın Şərq münaqişəsinin iki dövlətli həllinə inanmadığını deyən Benyamin Netanyahunun mövqeyini eşitməkdən üzüldük. Əslində o, siyasi karyerası boyunca bu cür danışıb. Yadımdadır. Düşünmürəm ki, biz münaqişəni iki dövlət prinsipinə əsaslanmadan həll edə bilərik. Biz bu məsələdə əks mövqedəyik. Amma biz razıyıq ki, İsrail özünümüdafiə hüququna malikdir və buna görə məsuliyyət daşıyır", - Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.