Braziliyanın cənub bölgəsində həftəsonundan bəri təsirli olan tropik siklonda həyatını itirənlərin sayı 40-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin vilayət qubernatoru Eduardo Leite keçirdiyi mətbuat konfransında bildirib. 

Leite həftə sonundan bu yana tropik siklonun səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 40 nəfərin həyatını itirdiyini, Rio Grande do Sul bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Fəlakət bölgəsinə baxış keçirən Leite vurğulayıb ki, 9 nəfər itkin düşüb.

Braziliyada ilin əvvəlindən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində çoxlu insan həyatını itirib, minlərlə insan evsiz qalıb.