Ötən ilin sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər təşkil edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayımlayıb 

Məlumatda bildirilir ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.