"Aİ-yə namizəd ölkə statusu ciddi islahatlarla əldə edilməlidir. Gürcüstanın timsalında 12 prioritet var". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Josep Borel Gürcüstana səfəri zamanı bildirib. 

"Prioritetlərin həyata keçirilməsi Brüsseldə insanları sevindirmək üçün deyil, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün lazımdır. Düzünü desəm, qarşıda hələ çox iş var", - o qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin qapısı Gürcüstan üçün açıqdır. 

Borel həmçinin bildirib ki, Tbilisi küçələrində çoxlu Aİ bayrağı görüb. O, Avropanı dəstəkləyən bütün Gürcüstan vətəndaşlarına təşəkkür edib.