Blokada altındakı Qəzzanın mərkəzində davam edən müharibə səbəbilə 100 min fələstinli Misir sərhədindəki Rəfah bölgəsinə getməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Məlumata görə, Qəzza bölgəsi qurudan, havadan və dənizdən ağır bombardmana məruz qalır.

Bildirilib ki, Rəfah bölgəsində hər kvadrat kilometrə 12 min adam düşür. Buna görə də Qəzza əhalisi əsasən burda sıx məskunlaşa bilir.

 

Gözəl Həşimova