BMT-nin baş katibi Antonio Quterreş yanvarın 22-dən 24-dək BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirə bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Bəli, o, Lavrovla görüşəcək", - Düjarrik ona ünvanlanan müvafiq sualı cavablandırıb.