Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə çətinlikləri fonunda xərcləri azaltmaq üçün qərargahında bir sıra məhdudiyyətlər tətbiq edir.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, təşkilat operator və tərcüməçilərə iş vaxtından artıq işləməyi qadağan etmək, kondisionerdən istifadə saatlarını azaltmaq, həmçinin yeni işçilərin işə qəbulunun dondurulmasını nəzərdə tutur.

Bildirilib ki, Birləşmiş Ştatlar da daxil olmaqla əsas donorlar tez-tez ödənişlərini gecikdirdiyi üçün BMT uzun müddətdir maliyyə çətinlikləri yaşayır. Çətinliklər, həmçinin COVID-19 pandemiyası və ABŞ-nin keçmiş prezidenti Donald Tramp administrasiyasının humanitar və inkişaf səyləri üçün maliyyəni azaltmaq qərarı ilə daha da ağırlaşıb.

 

Gözəl Həşimova