Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Vll qrant müsabiqəsi çərçivəsində qalib olmuş "BİRinci Məktəblilər arası debat Çempionatı" layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə şagirdlər üçün debat turnir mərhələsi təşkil edilib.

İqtisadiyyat.az xəbər verir ki, 120- dən çox şagirdin iştirak etdiyi təlimlərdə fərqlənən 64 şagird, turnir mərhələsində iştirak etmək haqqı qazanıb.

Həm iştirakçıların, həm də təşkilatçıların zəhmətinin sübutu olan və 2 gün davam edən turnir qlobal problemlərdən tutmuş mövcud narahatlıqlara qədər müxtəlif mövzular üzrə debat raundları baş tutub. Turnir çərçivəsində şagirdlər tutarlı arqumentləri ifadə etmək, tənqidi düşüncəni nümayiş etdirmək və  

konstruktiv dialoq qurmaq bacarıqlarını nümayiş etdiriblər.

Debat turniri təkcə natiqlik sənətini inkişaf etdirmək deyil, həm də iştirakçıları dərin araşdırmalara, güclü analitik bacarıqları inkişaf etdirməyə və müxtəlif problemləri həll etməyə təşviq etmək məqsədi daşıyırdı.

Turnir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb.