Yeni bir araşdırmaya görə, mikroplastiklər məməlilərin beyinlərində toplana və hətta davranış dəyişikliklərinə səbəb ola bilər. Bu, nəinki mikroplastiklərin ətraf mühitə vurduğu zərərin sübutudur, bu həm də onların insan bədəninə nə edə biləcəyinə dair yeni faktdır.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

Xüsusilə, okeanlardan tutmuş atmosferə qədər hər yerdə, hətta ağciyər və ürək kimi insan toxumalarının içərisində də kiçik mikroplastik parçalar tapılıb.

Araşdırmalara görə, mikroplastiklər məməlilərin beynində iltihaba səbəb olur. Təcrübədə müxtəlif yaşlarda olan siçanlara üç həftə ərzində mikroplastiklə çirklənmiş su verilib. Nəticədə siçanların beynində və qaraciyərində iltihab əlamətləri, eyni zamanda heyvanların davranışında dəyişikliklər müşahidə edilib. Bu dəyişikliklər xüsusilə yaşlı heyvanlarda nəzərə çarpıb.

 

Gözəl Həşimova