Bərdədə yol-nəqliyyat hadisəsi olub. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə şəhərin Asif Abışov küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Balayev Nəsrəddin Kamandar oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil yol kənarında dayanmış minik maşınına çırpılıb. Qəza zamanı sürücü N.Balayev ağır bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiyəmətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.