Belarus Polşa və Çexiya ilə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni (CFE) dayandırmaq niyyətindədir.

Bu barədə İqtisadiyyat.az "İnerfaks"a istinadən xəbər verir.

Məlumata görə, bu barədə qanun layihəsi Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına təqdim olunub.

Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşanı CFE Müqaviləsi çərçivəsində silahlı qüvvələrin sayına dair razılaşmaları pozmaqda ittiham edib. Departament iddia edib ki, Polşa öz qüvvələrini şərq istiqamətində toplayır və həmçinin yeni bölmələr yaradır. CFE müqaviləsinə əsasən, Polşa qoşunlarının sayı 234 min nəfərdən çox ola bilməz. Lakin bu ilin əvvəlində Polşa ordusunun sayını 300 min nəfərə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

 

Gözəl Həşimova