Belarusun neft emalı zavodları may ayında Rusiyadan neft idxalını apreldəki 1,56 mln. ton həcmlərdən 1,13 mln. tona qədər azaldacaq.

Bunu Belarusun “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

O jurnalistlərə açıqlamasında qeyd edib ki, planlaşdırıldığı kimi, apreldə Belarus 2 mln. ton neft alıb ki, bunun da 1,56 mln. tonu boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə daşınan Rusiyadan tədarük edilən neftdir.

A.Tişenko bildirib ki, qalan həcmlər tanker daşınan və yerli hasilatdır: “May ayı üçün Rusiyadan tədarük planları 1,13 mln. ton səviyyəsində təsdiqlənib".