Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının sədri Dennis Frensis Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı yerləşdirdiyi minalarla bağlı danışarkən, bunun narahatlıq doğurduğunu deyib.

İqtisadiyyat.az xəbər verir ki, Frensis 19-26 sentyabr tarixlərində Nyu-Yorkda keçirilən Baş Assambleya müzakirələrindən sonra mətbuat konfransı keçirib.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə təxminən 1 milyon mina döşədiyini və minaların olduğu yer haqqında məlumat paylaşmadığı sualına sədr belə cavab verib: "Bu vəziyyət narahatlıq doğurur".

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mövzu ilə bağlı deyib: "1991-ci ildən indiyədək 3 min 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Ermənistan qeyri-qanuni marionet xunta rejimi isə Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər tərəfinə yerləşdirməkdə davam edir".