Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Mirzalı İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.