Paytaxtın "Tarqovı" kimi tanınan mərkəzi küçəsində adətən yeni il ərəfəsində müşahidə etdiyimiz mənzərə diqqət çəkir. Ev dizaynlı butiklərin yerləşdirildiyi küçədə yeni yarmarkaya hazırlıq görülür.

İqtisadiyyat.az xəbər verir ki, ərazidə işləyən şəxslərin dediyinə görə, tezliklə burada "Yayland" adlandırılan yarmarka təşkil olunacaq. Məqsəd paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istirahətinə yeni rəng qatmaqdır. Bununla yanaşı, ərazidə xeyli sahibkarın satış həyata keçirməsinə şərait yaradıılacaq ki, bu da eyni zamanda xeyli şəxs üçün əlavə iş yeri deməkdir. 

"Yayland" festivalının yaxın günlərdə başlanacağı və 45 gün davam edəcəyi bildirilir. Hazırda ərazidə hazırlıq işləri görülür.