Magistral su kəmərində aparılan təmir bərpa işləri ilə əlaqədar bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.