FHN-in "112" qaynar xəttinə Nərimanov rayonu, M. Araz küçəsində yerləşən anbarda yanğın baş verməsi barədə məluat daxil olub.

Qurumdan İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar FHN-in yanğından mühafizə bölmələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

***

14:04

Bakıda plazada yanğın başlayıb.

İqtisadiyyat.az-ın Metbuat.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki AP Plazada baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.