Bakıda itkin düşən məktəbli tapılıb.

Bu barədə İqtisadiyyat.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 15-16-da Bakının 29 nömrəli tam orta məktəbin 1 nəfər 11-ci sinif şagirdi dərs prosesində iştirak etməyib.

"Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir", - məlumatda qeyd olunub.

***

09.24

Bakıda məktəbə gedən uşaq itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə yanvarın 15-də paytaxtın Xətai rayonunda qeydə alınıb.

2007-ci il təvəllüdlü Məmmədov Amil Aqil oğlu 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.