Bakıda iki yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü İmanov Hamza Dinar oğlu valideynlərinin diqqətsizliyi nəticəsində öz otağında tək olarkən açıq vəziyyətdə və döşəmə səviyyəsində olan pəncərənin qoruyucu toruna toxunaraq 6-cı mərtəbədən evin həyətində park edilmiş "Kia Carnival" markalı avtomobilin üzərinə yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.