Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 2. Tbilisi prospekti, hər iki istiqamətdə;

 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 4. Babək prospekti, mərkəz istiqamətində;

 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 8. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.