Bakı sakini dəm qazından zəhərlənərək ölüb.

İqtisadiyyat.az xəbər verir ki. hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Xələfov Xələf Hacıbaba oğlu yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.