Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 8-də Bakıda keçirdiyi imtahan zamanı ölüm hadisəsi baş verib.

İqtisadiyyat.az-ın xəbərinə görə, hadisə Bakı Biznes Universitetində qeydə alınıb.

DİM-in peşəkar mühasib sertifaktı imtahanında iştirak edən 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.