“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

Biləcəri Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) enerji satışı şöbəsinin rəisi Seyfəddin Qərib oğlu Abdullayev vəzifəsindən azad edilib.

O, “Azərenerji” ASC-də Tikinti və Satınalma məsələləri üzrə şöbəyə rəis müavini vəzifəsinə təyin edilib.

Biləcəri Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) enerji satışı şöbəsinin rəisi vəzifəsinə isə Şamil Şahbazov təyinat alıb.