Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ("Azəravtoyol") bu günlərdə təmirini başa çatdırdığı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib.

Bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

"Təəssüflər olsun ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum ("Azərişıq" ASC) qəzanı aradan qaldırır", - deyə o qeyd edib.