Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2 465 043 abonenti var.

Bunu qurumun Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cərəfov bildirib.

Onun sözlərinə görə, bunun 2 427 450-si əhali, 37 959-u isə qeyri-əhali abonentləridir.

“Təkcə bu il 24 min yeni abonent cəlb edilib. Onların hamısı sayğacla təmin olunub”, - deyə T.Cəfərov qeyd edib.

Bundan başqa, “Azəriqaz” rəsmisinin sözlərinə görə, hazırda 35 yaşayış məntəqəsində - 48 yeni yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. İyunun 1-nə olan məlumata əsasən, ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3 %-dir. Bu il 224 km uzunluğunda yeni qaz xətləri çəkilib, 48 km uzunluğunda mövcud kəmərlər təmir edilib.