Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin 9 ayında 210 min qaz sayğacı əvəz edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz"ın şöbə rəisi Rövşən Mehiyəddinov deyib.

“Bu gün 2,4 miyona yaxın abonent qaz sayğları ilə təmin edilib. 2022-ci ilin əvəllinə 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfrlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”, - o qeyd edib.