“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəripək” MMC-nin nizamnamə kapitalı 2  milyon 961 min 141 manat və yaxud 2,35 dəfə artırılıb.

Şirkətin kapitalı 2 milyon 200 min 555 manatdan 5  milyon 161 min 696 manata çatdırılıb.

Xatırladaq ki, “Azəripək” ötən ilin aprel ayında yaradılıb. Müəssisənin istehsal etdiyi məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac olunur.