"AzərGold" QSC Cənub Afrikanın "Wood Mining South Africa (PTY) LTD" şirkətilə müqavilə bağlayıb.

"Marja" xəbər verir ki, məbləği 1 milyon 286 min manat olan müqavilə Filizçay polimetal yatağı üzrə çöl işlərinin layihələndirilməsi və nəzarət xidmətinin satın alınmasını nəzərdə tutur. 

Balakəndə yerləşən Filizçay yatağı, ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilərək, dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Qızıl, gümüş, mis, sink və qurğuşundan ibarət yataq ehtiyatları 120 milyon tondan artıqdır. Mis, sink, qurğuşun kimi metalların toplam miqdarı 6.0-8.0%, qızıl və gümüşün orta tutumları uyğun olaraq 0.65q/t və 50q/t təşkil edir.