Bu ilin I rübü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 9 506,9 min ton neft nəql edilib.

Nəqletmənin 80,2 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7,627 mln. ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 1 110,3 min ton tranzit nefti də nəql edilib.