“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədi ilə Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

"Finans.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.