Azərbaycanda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

"Marja" xəbər verir ki, bunu, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

O qeyd edib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.