Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova ağır itki üz verib.

İqtisadiyyat.az xəbər verir ki, onun anası Şəfiqə İsmayılova dünyasını dəyişib.

Qeyd edək ki, F.İsmayılov 2018-ci ildə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

Bundan əvvəl isə Xarici İşlər Nazirliyində İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi olub. 2000-ci ildən Azərbaycanın diplomatik xidmət orqanlarında çalışan F.İsmayılov müxtəlif vaxtlarda Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir vəzifəsində, habelə Avropa İttifaqı yanında nümayəndəlikdə və Avropa Şurası yanında daimi nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb.