2019-cu ildə Azərbaycanda özəl sektor tərəfindən 7 597 262,26 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.

İqtisadiyyat.Az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, özəl sektorun ixrac əməliyyatlarının dəyəri 2018-ci illə müqayisədə 29,5% artıb.

Beləliklə, ötən ildə ölkə üzrə cəmi ixracın 38,7%-ni özəl sektor əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 8,5 faiz bəndi çoxdur.

Həmçinin hesabat dövründə özəl sektor tərəfindən idxal illik 4,1% artaraq 2019-cu ildə 8 473 685,61 min dollara yüksəlib. Ölkə üzrə cəmi idxalda özəl sektorun payı isə 2018-ci ildəki 71%-dən ötən il 62%-ə enib.