Azərbaycanda iki şirkət arasında məhkəmə çəkişməsi başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət "STP-AH" və "Real procurement" şirkətlərindən gedir.

Belə ki, "Real procurement" MMC "STP-AH" MMC-ni məhkəməyə verib.

Buna səbəb isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (alqı-satqı müqaviləsi üzrə mübahisələr) olub.

"Real procurement"  MMC bununla bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.

İş hakim Həlimə Alıyevanın icraatına verilib.