Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 182,1 min və ya 53,9 faiz çox sərnişin daşınıb.

İqtisadiyyat.az bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 82,2% azalaraq 10,7 min ton olub”, - məlumatda qeyd olunur.