Sumqayıtda qəzada ölən moped sürücüsünün kimliyi məlum olub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölən şəxs 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovdur. 

O, Dünya Avropa mükafatçısı, tanınmış cüdo müəllimi, idman ustası, əməkdar məşqçi imiş. 

Qeyd edək ki, Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb. 

Sürücü aldığı yaralardan hadisə yerində keçinib. 

Faktla bağlı araşdırma aparılır.