Bu ilin ilk 5 ayında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 %-ə yüksəlib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Energetika Nazirliyi Dünya Bərpa Olunan Enerji Günü ilə bağlı yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 MVt-dır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 %-ni təşkil edir.

Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.