2019-cu ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 979,718 min ton həcmində neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 462,790 mln. ABŞ dolları təşkil edib.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,36% olub. 2019-cu ildə ixrac edilən neft məhsullarının miqdarı 2018-ci ildən 3,5%, dəyəri isə 11% az olub.