Müdafiə Nazirliyi oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlunun vəfat etdiyini təsdiqləyib.
Bu barədə İqtisadiyyat.az-a nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.
*** 17:39
Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub.
İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb.
Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.