Gürcüstan hökuməti 2020-ci il üçün təbii qaz balansını müəyyən edib.

İqtisadiyyat nazirinin təsdiq etdiyi sənədə əsasən, ölkənin gələn il üçün təbii qaz istehlakı 2,57 milyard kubmetr müəyyən edilib. Gürcüstanın təbii qaz hasilatının 2020-ci ildə 17,9 milyon kubmetr olacağı proqnozlaşdırılır. Qalan həcmin 2,39 milyard kubmetri və ya 92,7 faizi Azərbaycandan alınacaq. Azərbaycandan idxal olunacaq qazın 1,51 milyard kubmetri SOCAR-ın, 873,8 milyon kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın payına düşəcək.

Gələn il Gürcüstanın Rusiyadan idxal edəcəyi təbii qazın həcmi isə 169,9 milyon və ya ümumi istehlakın 6,6 faizi qədər müəyyən olunub.