CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 59,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.

İqtisadiyyat.Az bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,15 dollar/barel azdır. // Trend