Ötən həftə ərzində (24-28 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

İqtisadiyyat.Az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftənin əvvəlindən 2,02 ABŞ dolları və ya 3,12% artaraq orta hesabla 66,7 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 67,67 dollar – iyunun 28-də qeydə alınıb.