Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 23,25 mln. tondan çox neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.

İqtisadiyyat.Az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 11,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb.