Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,5 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Komitənin məlumatında qeyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-may aylarında 15,5 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox sənaye məhsulu istehsal edilib.Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,0 faiz artıb.

Sənaye məhsulunun 62,0 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.(Fins.az)