Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 1 765 878 qutu (hər birisində 1000 ədəd olur) siqaret və digər tütün məmulatları idxal edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,8% və yaxud 3,1 dəfə azdır.

11 ay ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi siqaret və digər tütün məmulatlarının dəyəri 31,253 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 65,15% azdır.