2020-ci ilin yanvar-mart aylarında Gürcüstanda elektrik enerjisi istehsalı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 6% - 2 milyard 748,6 mln. kVt/saata qədər azalıb. Bu barədə “Gürcüstanın elektrik enerjisi sistemi kommersiya operatoru” (ESCO) SC-dən məlumat verilib.

Birinci rübdə elektrik enerjisi idxalı 744,20,6 mln. kVt/saat təşkil edib (il ərzində artım 39,6%). Həmçinin, Azərbaycandan elektrik enerjisi idxalı 402,8 mln. kVt/saat (azalma 12,2%), Rusiyadan - 341.4 kVt/saat (artım 4,6 dəfə) təşkil edib.

Cari ilin 3 ayı ərzində Gürcüstan ərazisi ilə 51.1 kVt/saat elektrik enerjisinin tranziti Azərbaycandan Türkiyəyə həyata keçirilib (artım 3,5 dəfə).