Bakıda qəza olub, yolda sıxlıq yaranıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

"Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür", - məlumatda qeyd edilib.