Gəncə şəhərində avtomobilin vurduğu piyada ölüb.

İqtisadiyyat.az xəbər verir ki, yol qəza hadisəsi yanvarın 23-də şəhərin  F.Əmirov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Qasımov Rabin Ramin oğlu idarə etdiyi "Vaz-2107" markalı avtomobillə piyada - 1962-ci il təvəllüdlü Rəhimova Aybəniz Mahmud qızını vurub.

Nəticədə piyada almış olduğu xəsarətlərdən ötən gün Gəncə şəhər "Memorial" hospitalında vəfat edib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.